Güneydə kütləvi həbslər

Güney Azərbaycanın Sarab şəhərində milli hərərkat fəallarına qarşı kütləvi həbslər başlanıb. "OLAYLAR"a Güneydən daxil olan məlumata görə, ETTELAAT-ın keçirdiyi əməliyyat nəticəsində Milli Hərəkat fəallarından Əli Bəşarət, Camal Musəvi, Səhənd Moali və Əli Səmədpur həbs olunub.  Güney Azərbaycan Türklərini Müdafiə Mərkəzinin məlumatına görə, Sarabda tutulanların sayı 10-u keçib. ETTELAAT məmurları evlərə basqın edib, hərəkatçıların kompüterlərini, sənədlərini aparıblar. Həbs olunan zaman müəllim Əli Bəşarət və Doktor Camal Musəvinəjada fiziki təzyiq göstərilib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31