Kanadanın Ontario ştatının parlamentində qəbul

Millət vəkillərinə Güney Azərbaycan türklərinə qarşı yeridilən milli asimilyasiya siyasətindən danışılıb

Kanadanın Ontario ştatının parlamentində beynəlxalq uşaq günü ilə əlaqədar qəbul təşkil edilib. Qəbulda parlament və hökumət üzvləri də iştirak ediblər.  Kanadada yaşayan güneyli mühacir Hüseyn Türkellinin "OLAYLAR"a verdiyi məlumata görə, tədbirdə Türkiyənin Tororntodakı baş konsulu da iştirak edib. Türk federasiyalarının rəhbərləri, Azərbaycan, Özbəkistan, Şərqi Türküstan və Güney Azərbaycan türklərinin qatıldığı tədbirdə  Güney Azərbaycan Türklərini Müdafiə Mərkəzinin rəhbəri Hüseyn Türkelli də iştirak edib. Hüseyn Türkelli millət vəkilləri ilə söhbəti zamanı fars şovinist rejiminin Güney Azərbaycan türklərinə qarşı yeritdiyi milli asimilyasiya siyasətindən danışıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31