İranda daşqınlar 19 nəfərin canını aldı
20 İyun 2023 13:41 Güneyİranda daşqınlar nəticəsində 19 nəfər ölüb, 3 nəfər itkin düşüb.
Olaylar.az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Qızıl Aypara Cəmiyyətinin Xilasetmə Xidməti Təşkilatının rəhbəri Babək Mahmudi məlumat verib.
"Son 27 gün ərzində Qızıl Ayparanın xilasediciləri tərəfindən 14 yaralı və xəstə (o cümlədən 2 hamilə qadın) müalicə mərkəzlərinə çatdırılıb, 3 zərərçəkənə hadisə yerində lazımi xəstəxanayaqədər tibbi yardım göstərilib. Təəssüf ki, bu müddət ərzində 10 əyalətdə 30 soydaşımız həlak olub", - Mahmudi bildirib.
Təşkilat rəhbərinin sözlərinə görə, indiyədək xilasetmə xidmətləri ölkənin 23 vilayətində 50 minə yaxın insana yardım edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31