İrandakı aksiyalar məqsədinə çatır - ÖZƏL
13 İyun 2023 09:48 Güney"İranda keçirilən etiraz aksiyaları tədricən məqsədinə çatır. Nəticə etibarilə hakimiyyətdə çatlar yaranır".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri səsləndirən politoloq Kənan Novruzov deyib ki, son günlər bu ölkədə baş verən ustefalar belə deməyə əsas verir:
"İranın iqtisadiyyat üzrə vitse-prezidenti Möhsün Rezai istefa verib. Bu barədə Möhsün Rezainin ofisindən bildirilib. Məlumata görə, o, istefasını İqtisadi Əlaqələndirmə Şurasının katibliyində daimi olması ilə izah edib. Bu, əslində gözlənilən idi. Ölkədə davam edən aksiyalar fonunda hökumət və dövlət rəsmilərinin istefa verməsi və ya tutduqları vəzifələrdən kənarlaşdırılması proqnozlaşdırılırdı. Birincisi ona görə ki, hakimiyyət bu addımla özlərinin islahata meyilli olduqlarını göstərməyə və beləliklə etirazların səngiməsinə nail olmaq istəyə bilər. İkincisi, daxildəki gərginlik getdikcə artıq. Bu isə vəzifəli şəxslərin özlərinin könüllü şəkildə istefa verməsinə səbəb ola bilər. Üçüncüsü, M. Rezainin iqtisadi sahə ilə bağlı olması diqqət çəkir. Çünki etirazçıların əsas narazılıqlarından biri də məhz iqtisadi vəziyyətlə bağlıdır".
Politoloq İranda istefaların bundan sonra da davam edəcəyini istisna etməyib.