İranda iki ziyarətgah YANDIRILDI
10 İyun 2023 21:48 Güneyİranın İlam vilayətində iki ziyarətgah yandırılıb.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, bu gün Abdanan-Dehloran yolunda yerləşən iki imamzadə (Seyid Yusif və Seyid Həbibin məqbərələri) İranın aqressiv siyasətinə qarşı İlam əyalətindəki naməlum inqilabçı gənclər tərəfindən yandırılıb.
İlam əyalətinin prokurorluğu ziyarətgahların yandırılması ilə bağlı araşdırma başlandığını bildirib.
Hadisə ilə bağlı bir neçə şübhəli şəxs saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31