İranın Gömrük Xidmətinin rəhbəri QƏZAYA DÜŞDÜ
8 İyun 2023 19:14 Güneyİranın Gömrük Xidmətinin rəhbəri Məhəmməd Rizvanifərin olduğu avtomobil qəzaya uğrayıb.
Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə IRNA məlumat yayıb.
Hadisə bu gün axşam saatlarında gömrük rəhbəri və onu müşayiət edən nümayəndə heyəti Borucerd şəhərindən qayıdarkən baş verib.
Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.
Yaralılara tibbi yardım göstərilib, vəziyyətləri stabildir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31