İranın Səudiyyədəki səfirliyi 7 ildən sonra AÇILDI
6 İyun 2023 23:48 Güneyİranın Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyaddakı səfirliyi 7 ildən sonra yenidən fəaliyyətini bərpa edib.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Bildirilib ki, səfirliyin açılış mərasiminə İran xarici işlər nazirinin müavini Əli Rza Biqdəli qatılıb.
Xatırladaq ki, 2016-cı ilin 2 yanvarında şiə din adamı Nimr ən-Nimrin edam edilməsindən sonra Tehran-Ər-Riyad arasında əlaqələrdə gərginlik yaşanmışdı.
İran rəsmilərinin Səudiyyəyə qarşı açıqlamalarından sonra bu ölkənin Tehrandakı səfirliyi və Məşhəddəki konsulluğu etirazçılar tərəfindən yandırılmışdı.
Buna cavab olaraq da Səudiyyə hakimiyyəti 3 yanvar 2016-cı ildə İranla diplomatik əlaqələrini dayandırdığını elan etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31