İki etnik bəluc EDAM EDİLDİ
6 İyun 2023 18:53 Güneyİyunun 6-da İranın Kirman şəhərinin həbsxanasında iki etnik bəluc edam edilib.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə bəluc fəallar məlumat yayıblar.
40 yaşlı Malik Bəluc Mahani və 32 yaşlı Kambiz Bərzkar narkotik maddələrin alverində günahlandırılırdılar.
Qeyd edək ki, son statistikaya əsasən, cari ilin ilk 5 ayında icra edilən edam cəzaları ötən ilin analoji dövrü ilə müqayisədə 76% artıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31