İran müxalif jurnalistlərin ailələrini girov götürür
24 May 2023 22:05 GüneyMolla rejimi xaricdə mühacirətdə yaşayan müxalif jurnalistlərin İranda yaşayan ailə üzvlərini girov götürür.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Avropada fəaliyyət göstərən jurnalist Şima Şəhrabi məlumat yayıb.
O özünün Avropadakı media fəaliyyətlərinə görə 3 həftə öncə qardaşı Səccad Şəhrabinin təhlükəsizlik məmurları tərəfindən həbs edildiyini bildirib.
Xatırladaq ki, bundan əvvəl Sərhədsiz Reportyorlar Təşkilatı xaricdə yaşayan iranlı jurnalistlərin və hökumət əleyhdarlarının ailələrinin Tehran rejimi tərəfindən girov götürülməsi ilə bağlı xəbərdarlıq etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31