İran siyasətinin ən önəmli adamlarından biri istefa verdi
22 May 2023 13:28 GüneyŞamxani vəzifədən istefa verib.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İranın Ali Təhlükəsizlik Şurasına bağlılığı ilə seçilən "Nournews" agentliyi məlumat yayıb.
İddialara görə, Şamxaninin yerinə İranın Ali Təhlükəsizlik Şurasının yeni katibi vəzifəsinə Səid Cəlili və Əli Əkbər Əhmədiandan biri təyin olunacaq.
Qeyd edək ki, Əli Şamxani 2006-cı ildən SEPAH-ın strateji mərkəzinə rəhbərlik edirdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31