Güney Azərbaycanda siyasi fəallıq artır
17 May 2023 13:24 GüneyGüney Azərbaycanda siyasi fəallıq artır. Mayın 16-dan 17-ə keçə gecə Təbrizin bir neçə məhəlləsində yazılı vərəqələr və bəyanat yayılıb. "Olaylar" xəbər verir ki, çağırışlarda milli fəallar azərbaycanlıları 22 may (1 xordad) qiyamının ildönümündə iştirak etməyə çağırıblar.Yayılan bəyanatda Tehran rejiminin azərbaycanlılara qarşı bütün sahələrdə ayrı-seçkilik etdiyi vurğulanır. Xüsusilə qadınların ikiqat zülmə məruz qaldıqları qeyd edilir. Bəyanat müəllifləri qadınları, müəllimləri, tələbə və ümumiyyətlə bütün təbəqələrdən olan insanları 22 may hadisələrinin 17-ci ildönümü ilə bağlı keçiriləcək aksiyalarda fəal iştirak etməyə dəvət ediblər.




Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31