Güneyli milli fəal yalan məlumat yaymaqda ittiham olunur

Şərqi Azərbaycan əyalətinin Əhər şəhərindən olan milli fəal Saleh Molla Abbasi məhkəməyə çağrılıb. "Olaylar" xəbər verir ki, İran məhkəməsinin elektron sistemi vasitəsilə göndərilən çağırışda milli fəaldan 5 gün ərzində Əhər şəhərinin İnqilab prourorluğunun 3-cü bölməsinə getməsi istənilib.O, "yalan məlumat yaymaq"da ittiham olunur.

Xatırladaq ki, milli fəal Saleh Molla Abbasi 2022-ci il oktyabrın 9-da təhlükəsizlik məmurları tərəfindən həbs edilib. Milli fəal 9 noyabrda 1 milyard 200 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər Təbriz zindanından sərbəst buraxılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31