İranda iki nəfər təhqirə görə edam edilib - FOTO

Olaylar.az xəbər verir ki,İranda iki nəfər təhqirlə ittiham edilərək edam edilib. Bu barədə İranın Mizan məhkəmə saytı xəbər verir.

Saytın məlumatına görə, Yusif Mehrdad və Sadrolla Fazeli Zarehin edamı cinayətlər, o cümlədən dini, peyğəmbəri və digər ziyarətgahları təhqir etdiyinə görə həyata keçirilib.

Fevral ayında yüzlərlə müsəlman Pakistanın şərqindəki Pəncab əyalətində polis bölməsinə soxularaq təhqirdə şübhəli bilinən şəxsi kamerasından sürüyərək çölə çıxarıb və linç ediblər. Pakistan qanunlarına görə təhqir ittihamları ölümlə cəzalandırılır.

Keçən aprel ayında üç rusiyalı səhvən pedofil hesab etdikləri bir adamı linç etməkdə təqsirli bilinib .

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31