İranda OMİN-in liderləri SAXLANILDI
1 May 2023 22:04 Güneyİranın Mazandaran ostanının Babolser şəhərində İran Xalq Mücahidləri Təşkilatı (OMİN) ilə əlaqəli solçu "Mahal Gənclər Qrupu"nun (Şəbəkə-ye Cavanan-e Mahallat) liderləri saxlanılıb.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Mustafa Bəzvənd bildirib.
"Babolserin xüsusi qüvvələrinin səyləri ilə şəhərdə OMİN qrupu ilə əlaqəli bir casus şəbəkəsi aşkar edilib", - Bəzvənd deyib.
Onun sözlərinə görə, 2022-ci ilin payız-qış aylarında iğtişaşlar başlayandan bəri qrup hökumət əleyhinə təbliğat aparırmış.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31