İranda aksiyada 7 etnik bəluc qətlə yetirilib, çoxlu sayda yaralı var

İranın Sistan-Bəlucistan əyalətində aksiya zamanı etnik bəluclarla hərbi-polis qüvvələri arasında baş verən toqquşma nəticəsində 7 etirazçı ölüb, çoxlu sayda dinc sakin isə yaralanıb.

Dünyada satılan hər 5 avtomobildən biri elektrikli olacaq- ÖZƏL

Olaylar.az Report-a istinadən xəbər verir ki, məlumatı "Amerikanın səsi" radiosunun fars redaksiyası yayıb.

Bildirilib ki, rejimin hərbi-polis qüvvələrinin motosikletçiləri aksiya zamanı əyalətin Fənuc şəhərində 4 yeniyetməyə hücum edib.

Onlar ağır yaralanıb. Buna etiraz olaraq şəhər əhalisi yerli polis şöbəsinin binasını daş-qalaq ediblər.

Bildirilib ki, hökumət qüvvələri etirazçılara odlu silahdan atəş açıb.

 

Məlumata görə, Fənucə İnqilab Keşikçiləri Qvardiyasının yeni qüvvələri və hərbi texnikası yeridilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31