Mazandaranda güclü PARTLAYIŞ

İranın Mazandaran əyalətinin Babol şəhərində müəssisələrdən birində baş vermiş partlayış nəticəsində 3 nəfər ölüb, daha 3-ü yaralanıb.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, partlayışa səbəb kimi təhlükəsizlik qaydalarına riayət edilməməsi göstərilir.

Bütün yaralılar xəstəxanalara yerləşdirilib.

Partlayışdan sonra yaranan yanğın müəssisənin təxminən yarısını məhv edib. Hazırda yanğının söndürülməsinə çalışılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31