Tehranın polis rəisi vəzifəsindən çıxarıldı
27 Yanvar 2023 16:09 Güneyİranda səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə hücumdan sonra Tehranın polis rəisi, general Hüseyn Rəhimi vəzifəsindən azad olunub.
Bu barədə İranın "Tasnim" Agentliyi məlumat yayıb.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31