Mühafizəçinin terrorçunu zərərsizləşdirmə anı - YENİ GÖRÜNTÜLƏR - VİDEO
27 Yanvar 2023 13:28 GüneyAzərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı səfirliyin mühafizəçisinin terrorçunu zərərsizləşdirməsini əks etdirən növbəti video yayılıb.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, görüntülərdə hücum edən şəxsin tək olduğu və səfirlikdə hər kəsi öldürməyə çalışdığı açıq görünür.
Həmin görüntünü təqdim edirik.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31