Güney Azərbaycanda zəlzələdə yaralananların sayı kəskin artdı - YENİLƏNİB
18 Yanvar 2023 19:05 GüneyGüney Azərbaycanın Xoy şəhərində baş verən zəlzələ nəticəsində yaralananların sayı 120-yə çatıb.
Olaylar.az xəbər verir ki, məlumatı "Azad İran" yayıb.
***
Qeyd edək ki, yanvarın 18-də Xoyda 5,4 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar 12 km dərinlikdə qeydə alınıb.
Xatırladaq ki, zəlzələ Naxçıvan Muxtar Respublikasında 5-3 bala qədər hiss olunub.
Qeyd edək ki, 2022-ci il oktyabrın 5-də Xoy şəhərində 5,7 bal gücündə zəlzələ baş verib. Həmin vaxt 390 nəfər yaralanıb, 4000-dən artıq evə ziyan dəyib, 100-dək ev isə tamamilə dağılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31