İran müdafiə nazirinin sabiq müavini edam olundu

Böyük Britaniyaya casusluqda təqsirli bilinən İranın müdafiə nazirinin sabiq müavini Əlirza Əkbəri bu gün səhər edam olunub.

Olaylar.az Milli.Az-a istinadən bildirir ki, bu barədə İranın Məhkəmə Sistemi rəsmi açıqlama yayıb.

İranın Məhkəmə Sistemi açıqlamasında bildirib ki, Ə.Əkbəri İran-Britaniya ikili vətəndaşlığı olub. O Britaniya kəşfiyyat orqanına casusluq yolu ilə ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı genişmiqyaslı fəaliyyətdə ittiham olunaraq edam olunub. O casusluq edərək İngiltərə hökumətindən bir milyon 805 min avro, 265.000 ingilis funtu və 50.000 ABŞ dolları maaş alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31