İranın molla rejimi Ələkrəm Hümbətovun anım mərasimini keçirəcək

İranın şərəfsiz molla rejimi Ələkrəm Hümbətovun anım mərasimini keçirəcək.

Olaylar.az Milli.Az-a istinadən xəbər verir ki, bununla bağlı İranda elanlar yayılıb.

1992-93-cü illərdə Azərbaycanı vətəndaş müharibəsinə sürükləyən və ölkəmizi parçalamağa çalışan separatçı Ələkrəm Hümbətova İranda anım mərasimi keçiriləcək.

Vərəqələrdə "talış-muğan muxtar cumhuriyəti"nin banisi kimi təqdim olunan Ələkrəm Hümbətovun anım mərasiminin yanvarın 7-də Tehranın Psixologiya İnstitutunun akt zalında keçiriləcəyi bildirilib.

Qeyd edək ki, Ə.Hümbətov mühacirətdə olduğu müddətdə dəfələrlə Ermənistana səfər edərək, Azərbaycan əleyhinə çıxışlar etmişdi.

Xatırladaq ki, Ələkrəm Hümbətov 2022-ci ilin dekabrın 22-də ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31