İran artıq bir nömrəli təhlükəyə çevrilib - ÖZƏL

"İranın İsrail üçün artıq ən ciddi təhlükə olmadığı barədə bu günlərdə yəhudi dövlətinin kütləvi informasiya vasitələri məlumat yayıb. Onlar da öz məlumatlarında hərbi kəşfiyyat orqanlarına istinad edirlər. 2023-cü ildə qlobal təhdidlərin ölkə üçün daha ciddi təhlükə törədəcəyi proqnozlaşdırılır. İran qlobal problemlərdən sonra İsrailin üzləşəcəyi ikinci çağırış kimi dəyərləndirirlir.

Bu, eyni zamanda İsrailin Amerika Birləşmiş Ştatları ilə birlikdə İrana qarşı apardığı uzun müddətli mübarizənin nəticəsi kimi də hesab oluna bilər. İsrail İranla qarşıdurmada müəyyən nailiyyətlər əldə etməsi göz qabağındadır. Bu özünü İranda 100 gündən artıq davam edən iğtişaşlarda, İran iqtisadiyyatının çökmək üzrə olmasında, milli valyutanın kəskin şəkildə ucuzlaşmasında özünü göstərir". Bunu "Olayla"a deyən politoloq Əlimusa İbrahimovun sözlərinə görə, bir nömrəli təhdid kimi qiymətləndirilməməsi israilin İrana qarşı apardığı qarşıdurmanın səviyyəsinin aşağı düşəcəyi anlamına da gəlməməlidir. Əksinə İranın zəifləməsi İsrailin ona qarşı mübarizədə yeni taktikaların tətbiq edilməsi ilə nəticələnəcək ki, bu da özünü Tehranın nüvə tədqiqatı sahələrinə hücumlarda özüsnü göstərə bilər. Artıq İsrailin İrana qarşı müharibəyə daha da yaxınlaşması heç kimdə şübhə doğurmur. Bu addımın 2023-cü ildə atılacağı da ən ciddi ehtimallar içərisindədir:

"İran-İsrail müharibəsinin qarşısını yalnız İranda baş verən daxili -siyasi vəziyyətin, qarşıdurmanın inkişaf tempi müəyyən edəcək. Ola bilər ki, İrandakı iğtişaşlar daha da inkişaf edərək molla rejiminin dağılması ilə nəticələnər. Bu zaman İsrailin də müharibəyə girməsinə ehtiyac qalmayacaq. Amma bu ehtimal xeyli zəif sübutlara dayanır.

İsrailin üzləşəcəyi başq təhlükə ABŞ-ÇİN qarşıdurmasıdır. Bu qarşıdurmanın növbəti ilə daha da kəskinləşəcəyi və bu da qlobal səviyyədə gərginliyin artması ilə müşayiət olunacaq. Bu çərçivədə İsrail də müəyyən mənfi təsirlərə məruz qalacaq. İsrailin təsirlənəcəyi düşünülür.Rusiya ilə Ukrayna arasında gedən müharibə qlobal təchizat zəncirinin qırılmasına səbəb olacaq . Bu da bütün dövlətlərin gündəlik tələbat malları ilə təchiz olunmasında ciddi problemlər yaradacaq. Bu problemlərin qlobal səviyyəyə qalxması da İsrail üçün təhdid kimi qiymətləndirilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31