İran və Qətər rəsmiləri ikitərəfli münasibətləri müzakirə ediblər - ÖZƏL

Olaylar.az xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və Qətər xarici işlər nazirinin regional məsələlər üzrə müavini Məhəmməd bin Əbdüləziz əl-Hüleyfi ikitərəfli münasibətləri müzakirə ediblər.

İran Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, nazir Abdullahiyan paytaxt Tehranda Qətər rəsmisi ilə görüşüb.

Görüşdə siyasi, iqtisadi və konsulluq sahələrində ikitərəfli münasibətlər qiymətləndirilib.

İran və Qətər arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyinə diqqət çəkən Abdullahiyan iki ölkə liderlərinin əldə etdiyi əvvəlki razılaşmaların həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Görüş zamanı Huleyfi ölkəsinin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Saninin mesajını Abdullahiyana çatdırıb. Huleyfi Qətər hökumətinin İranla əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31