İranda boya fabrikində PARTLAYIŞ
26 Dekabr 2022 19:29 Güneyİranın şərq əyalətinin Azərşəhr bölgəsində yerləşən boya fabrikində partlayış baş verib.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, partlayış nəticəsində 10-u ağır olmaqla ümumilikdə 65 nəfər yaralanıb.
Qızıl Aypara Cəmiyyətinin Baş direktoru Həmid Mencem hadisə ilə bağlı açıqlama verib:
"Bu gün yerli vaxtla saat 12:42-də boya fabrikində partlayış baş verib. Partlayış nəticəsində 150 nəfər zərər çəkdiyi halda, 10-u ağır olmaqla 65 nəfər yaralanıb. Hadisə yerinə 3 xilasetmə qrupu və təcili yardım maşınları göndərilib. Partlayışın şiddətindən yaralı sayının artma ehtimalı davam edir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31