İran XİN: Nüvə razılaşması üçün fürsət pəncərəsi açıqdır, lakin...

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan nüvə sazişindən imtina etməyə hazır olduğunu açıqlayıb.

Olaylar.az APA-ya istinadən bildirir ki, o, sosial şəbəkələrdə bunun üçün fürsət pəncərəsinin açıq olduğunu, lakin əbədi olmadığı barədə xəbərdarlıq edib.

"Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellə görüşdə biz sazişin bərpası üçün son addımlar barədə razılığa gəldik. İranla razılaşma üçün fürsət pəncərəsi açıqdır, lakin əbədi deyil", - Abdullahiyan bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31