İran prezidenti: "Terrorizmin yayılması və NATO-nun genişlənməsi Asiyada təhlükəsizliyi pozur"

"Terrorizmin yayılması və NATO-nun genişlənməsi Asiya regionunda təhlükəsizliyə xələl gətirir".

Olaylar.az xəbər verir ki, bu sözləri İran prezidenti İbrahim Rəisi Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sammitində deyib.
"Müxtəlif Asiya ölkələrində terrorizmin yayılması, eləcə də NATO-nun genişlənməsi regionun təhlükəsizliyinə xələl gətirir. İran İslam Respublikası xüsusilə iqtisadi terroru pisləyir və onunla mübarizə aparmaq üçün əlindən gələni edir. İqtisadi terrorizm ümumbəşəri təhlükədir və daimi əməkdaşlıq tələb edir" - deyə, Raisi qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31