İrana qarşı sanksiyalar QƏBUL EDİLƏCƏK
12 Oktyabr 2022 23:27 GüneyAvropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri oktyabrın 17-də İran rəsmilərinə qarşı yeni sanksiyalar qəbul edəcəklər.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu çərşənbə günü Fransanın xarici işlər naziri Katrin Kolonna Senatın Xarici Əlaqələr Komitəsinin iclasında çıxışı zamanı deyib.
"Bazar ertəsi Aİ xarici işlər nazirlərinin görüşü baş tutacaq. İranda repressiyalara görə məsuliyyət daşıyanlara qarşı sanksiyalar tətbiq edəcəyik", - deyə K.Kolonna bildirib.
XİN rəhbəri qeyd edib ki, "İran insan haqları sahəsində öhdəliklərinə əməl etməlidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31