“Güney Azərbaycan var olsun” - FOTO
9 Oktyabr 2022 20:10 GüneyTəbrizdə etirazçılar divalara hökumət əleyhinə şüarlar yazırlar.
Olaylar.az oxu.az-a istinadən bildirir ki, bu barədə "Azad İran" "Telegram" kanalında məlumat verilib.
Bildirilib ki, etirazçılar divarlara "Güney Azərbaycan var olsun, Pişəvəri yolun davamlı olsun!", "Təbriz, azadlıq, ədalət , milli hökumət" şüarları yazılıb.
Təbriz əhalisi təhsil müəssisələrinin elan lövhələrinə də xəbərdarlqlar yazıb:
"Azərbaycanlı tələbələri həbsdən azad edin!, Azərbaycan milləti və milli hərəkatı övladlarına qarşı zorakı repressiyaya dözməyəcək!", - deyə şüarlarda qeyd edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31