İran parçalanmağa doğru gedir - ÖZƏL

"Hesab edirəm ki, İran parçalanmağa doğru gedir. Biz bunu açıq şəkildə görürük. Bəlucistan, Kürdüstan, ərəblərin yaşadığı Əl-Əhvaz əyalətlərində səslənən şüarlardan bu aydın şəkildə müşahidə edilir". Bu fikirləri "OLAYLAR"-a hazırda İsveçrədə yaşayan, əslən Sulduzdan olan Güney azərbaycanlı fəal Rəhim Sulduzlu deyib. O bildirib ki, eyni zamanda Azərbaycanın Güneyində də azadlıq, ədalət, milli hökumət kimi şüarların səsləndirildiyini də görürük: "Bu prosesdə ilk olaraq rejimin tarixin zibilliyinə atılması əsas hədəfdir. Sonrakı mərhələdə indiyə qədər rejim tərəfindən əzilmiş xalqların hansısa haqlarının yenidən bərpa edilməsinə hazırlıqlı olarsa, mütləq həmin xalq da bu hadisələrdən uduşlu çıxacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31