İranda 18 universitetin tələbələri dərsləri boykot edib
26 Sentyabr 2022 20:48 GüneyOlaylar.az bildirir ki, İranda 18 universitetin tələbələri dərsə gəlməkdən imtina etdiklərini açıqlayıblar.
İran İnsan Hüquqları Təşkilatının hesabatında tətillərin Tehran, Təbriz, Gilan, Əhvaz, Məşhəd və Qəzvin şəhərlərindəki 18 universiteti əhatə etdiyi bildirilir.
Məlumatlara görə, tətilə qoşulan ali məktəblərin sayı artır.
Tələbələr təhlükəsizlik qüvvələrinin zorakı davranışı, etirazçı tələbələrin həbsi və təhsilin virtuallaşdırılmasına etiraz olaraq dərslərdə iştirakdan imtina etdiklərini açıqlayıblar.
APA
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31