"İran araşdırmaları tamamladıqdan sonra bununla bağlı öz cavabını verəcək" - İranın Xarici İşlər Nazirliyi
24 Avqust 2022 20:56 Güneyİran ABŞ hökumətindən nüvə müzakirələrində qalan məsələlərə dair cavabı bu gün axşam saatlarında alıb.
Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə İranın Xarici İşlər Nazirliyini sözçüsü Nasir Kənani deyib.
N.Kənani bildirib ki, Hərtərəfli Birgə Fəaliyyət Planına dair danışıqlarda qalan məsələlərin həlli üçün İranın şərhlərinə ABŞ hökumətinin cavabı avropalı koordinator vasitəsilə alınıb.
O qeyd edib ki, ABŞ tərəfinin cavabının təfərrüatlı nəzərdən keçirilməsinə başlanılıb. "İran, araşdırmaları tamamladıqdan sonra koordinatora bununla bağlı öz cavabını verəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31