Tehranda sel FƏLAKƏTİ

İranın paytaxtı Tehranda baş verən daşqınlar ölümlə nəticələnib.

Olaylar.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, sel zamanı 6 nəfər ölüb, 9 nəfər yaralanıb, 14 nəfərin isə itkin düşdüyü qeyd edilib.

Hadisə yerində axtarış-xilasetmə işləri davam edir.

Qeyd edək ki, bu gün Tehranın şimalında yerləşən İmamzadə Davud dağlıq bölgəsində güclü yağışların səbəb olduğu daşqınlar başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31