İranın xarici işlər naziri Aİ ilə nüvə ilə bağlı müzakirə edib

Olaylar.az xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell ilə nüvə danışıqlarını müzakirə edib.

Bu barədə  İranın   Xarici işlər naziri Abdullahiyan Twitter hesabındakı paylaşımında Borrell ilə telefon danışığı apardığını bildirib.

Nüvə anlaşmasının canlandırılması və İrana qarşı tətbiq edilən sanksiyaların ləğvi üçün aparılan danışıqlara işarə edən Abdullahiyan, "Razılaşma yalnız qarşılıqlı anlaşma və maraqlara hörmət əsasında əldə edilə bilər" deyə söyləyib.
Güclü və qalıcı razılaşma əldə etmək üçün danışıqları davam etdirəcəklərini vurğulayan Abdullahiyan belə davam etdi:

"ABŞ sövdələşməni istəyir, yoxsa tələblərinin birtərəfli qaydada təkrar edilib-edilməməsinə qərar verməlidir. Bu iki şeyi birlikdə etmək mümkün deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31