İranda bəzi məktəblər və dövlət qurumları havanın çirklənməsi səbəbilə tətil rejiminə keçdi

Olaylar.az xəbər verir ki,  İranda havanın çirklənməsi səbəbindən iyulun 5-dən  bəzi təhsil müəssisələrində və dövlət idarələrində fəaliyyətlər dayandırılıb.

İran Dövlət televiziyasının məlumatına görə, ölkənin qərbi İraqdan əsən güclü küləklərin daşıdığı deyilən toz qatlarının yaratdığı hava çirkliliyi ilə mübarizə aparır.

Havanın çirklənməsi səbəbindən İsfahan vilayətinin 16 şəhərində, həmçinin Xuzistan və Yəzd əyalətlərində dövlət müəssisələri və məktəblər bağlanıb.

Xuzistanın Əhvaz şəhərinin Sağlamlıq Elmləri Universitetinin açıqlamasında, havanın çirklənməsi nəticəsində yaranan tənəffüs çətinliyi ilə əlaqədar xəstəxanalara 500-dən çox adam müraciət edib, onlardan 62-si müalicə olunduğu bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31