İranda qətl və zorlamaya görə 10 nəfər edam edilib

Olaylar.az xəbər verir ki,  İranda qətl və zorlama kimi cinayətlərə görə edam cəzasına məhkum edilən 10 nəfərin edam edildiyi bildirilib.

Bu barədə İranın İnsan Haqları Fəalları Agentliyinin (HRANA) məlumatında deyilib.

Bildirilib ki, edam edilənlərdən 8-i qətl, 2-si isə zorlama ittihamı ilə məhkəmə tərəfindən ölüm cəzasına məhkum edilib.

İran rəsmiləri hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Beynəlxalq Amnistiya Təşkilatının mayın 24-də açıqladığı hesabata görə, Çindən sonra dünyada ən çox ölüm cəzası verilən ölkələrdən biri olan İranda 2021-ci ildə 314 nəfər edam edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31