İranda zavodda yanğın baş verib

İranın Qum vilayətinin Şokuhiyyə qəsəbəsində yuyucu maddələr istehsal edən zavodda baş verən yanğın nəticəsində 4 nəfər ölüb, 7 nəfər yaralanıb.

Olaylar.az bildirir ki, bu barədə İranın Qum vilayəti Təcili Yardım İdarəsinin ictimai əlaqələr departamenti məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində yaralıların vəziyyəti ağırdır.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31