Güneyli fəalların apellyasiya şikayəti rədd edilib
7 İyun 2012 14:59 GüneyGüney Azərbaycan Milli Hərəkatının fəallarından Məhərrəm Kamrani və Salih Mollaabbasi barəsində çıxarılan həbs qərarı təsdiq edilib. GAMOH-un mətbuat əlaqələndiricisi Ağrı Qaradağlının "OLAYLAR"a verdiyi məlumata görə, məhkəmə azərbaycanlı fəalların Məhərrəm Kamrani və Salih Mollaabbasinin etirazını rədd edib. Şərqi Azərbaycanın apellyasiya məhkəməsinin 4-cü şöbəsi müttəhimlərin etirazını rədd edərək, Əhər şəhərinin inqilab məhkəməsinin qərarını qüvvədə saxlayıb. Qeyd edək ki, İnqilab məhkəməsi azərbaycanlı fəalları 6 ay müddətinə şərti həbsə məhkum edib. Milli fəallar 2006-cı il mayın 25-də (1385-ci il xordadın 4-də) qanunsuz yığıncaqlarda iştirak etdikləri və şüarlar səsləndirdikləri üçün, sistemin əleyhinə təbliğdə günahlandırılıblar.