Güneyli xanımın həbs müddəti uzadılıb

Güney azərbaycanlı öyrənci fəal Əfsanə Toqirin saxlanma müddəti 2 həftə uzadılıb. GAMOH-un mətbuat əlaqələndiricisi Ağrı Qaradağlının "OLAYLAR"a verdiyi məlumata görə, xanım Toqir mayın 21-də kütləvi etirazlar zamanı tutuqlanıb. Onun saxlanma müddətinin uzadılmasına dair qərarı dosyenin müstəntiqi verib. Bu qərar xanım Toqirin ailəsi və milli-mədəni fəalların xüsusi nigaranlığına səbəb olub.
Qeyd edək ki, xanım Toqirin tutuqlanması universitetdə imtahanların başlanmasına təsadüf etdiyi üçün, onun təhsil məsələsində ciddi problemlər yarada bilər.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31