Qaradağ zəlzələsi: 7 nəfər yaralanıb, 5 evə zərər dəyib

Qaradağ mahalında baş verən zəlzələ nəticəsində Herisin Şahsuvar kəndinin 7 sakini yaralanıb. APA-nın məlumatına görə, müxtəlif dərəcəli xəsarət alanlar ölkənin Qızıl Ay Cəmiyyətinin xətti ilə xəstəxanaya çatdırılıb. Tibbi yardım göstəriləndən sonra yaralılar evə buraxılıb.Zəlzələ nəticəsində Əhərin Gəziləcə kəndində 5 evə zərər dəyib. Vərziganda isə hələ də yeraltı təkanlar davam edir.
Qeyd edək ki,  İranın Şərqi Azərbaycan əyalətində yanvarın 26-da yerli vaxtla saat 18:40-da Rixter şkalası üzrə 4.8 bal gücündə zəlzələ baş verib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31