Beynəlxalq təşkilatlar İrandan tələb etdi

“Ərəb siyasi fəalların ölüm hökmü dəyişdirilsin!”

Human Rights Watch və Beynəlxalq Əfv Təşkilatı birgə bəyanatla çıxış edərək İranda 5 ərəb siyasi fəal haqqında çıxarılmış ölüm hökmünün dayandırılmasını tələb ediblər. Güneyli siyasi fəal Elçin Hatəminin "OLAYLAR"a verdiyi məlumata görə,  bəyanatda narahatlıqla qeyd olunur ki, məhkum olunanlardan heç bir xəbər yoxdur. Ailələr isə deyir ki, edama məhkum olunmuşlar ağır işgəncə altındadırlar. Xatırladaq ki, ərəb siyasi fəallar İranın milli təhlükəsizliyi əleyhinə fəaliyyətdə suçlandırılırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31