Oğrunun barmaqlarını kəsdilər
25 Yanvar 2013 15:26 Güneyİranda oğrulara qarşı sərt cəza tədbirləri davam edir. Yanvarın 24-də Fars vilayətinin Şiraz şəhərində bir oğrunun barmaqları kəsilib. Güneyli siyasi fəal Elçin Hatəminin "OLAYLAR"a verdiyi məluata görə, cəza aktı əhalinin gözü qarşısında yerinə yetirilib. Fars vilayətinin ədliyyəsi bu qərarın icrasını Allahın hökmü adlandırıb və buna əməl etməyi vacibatdan sayıb. Şiraz şəhərinin ümumi və inqilab prokuroru Əli Əlqasi deyib ki, bu qərarın icrası digər oğrular üçün bir xəbərdarlıqdı. Gərək onlara ibrət dərsi ola ki, bir də oğurluq etməyələr. Xatırladaq ki, keçən il bu prokurorun qərarı ilə Şiraz şəhərinin Adilabad zindanında oğurluqda günahlandırılan 2 nəfərəin əli və ayağı kəsilmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31