“Cəhənnəmə qədər yolunuz var!”
İran prezidenti Avropanın embarqosunu kəskin şəkildə tənqid etdi
23 Yanvar 2013 10:23 GüneyMüxtəlif açılış tədbirlərində iştirak etmək üçün Həmədan əyalətinə səfər edən İran prezidenti Mahmud Əhmədinejad ölkəsinə qarşı tətbiq edilən sanksiyalardan danışıb. Dövlət telekanalı "IRINN"-da birbaşa yayımlanan çıxışında Əhmədinejad xüsusilə neft embarqosunu tənqid edib."Neftimizi almırsınızsa almayın. Cəhənnəmə qədər yolunuz var. Biz də neft satmırıq diyəcəyik. İllərdir uğurlar əldə edən xalqımız bunu neft pulu iləmi etdi?" - deyə İran prezidenti bildirib.Əhmədinrjad neftin 10 qatı çox pul qazanacaq qədər təbii sərvətlərə malik olduqlarını da deyib. "Akademiklərimizlə neftin 10 qatı çox qazanc əldə edə bilərik. Yeraltı və yerüstü sərvətlərdən tam istifadə edəcəyimiz təqdirdə heç kim İrana təzyiq göstərə bilməz" - deyə Əhmədinejad vurğulayıb.