4 nəfər edam olundu

İranın Zahidan şəhərində 3 nəfər edam olunub. APA-nın məlumatına görə, məhbuslar narkotik maddələrin qaçaqmalçılığında günahlandırılıblar.Edam yanvarın 19-da səhər saatlarında Zahidanın mərkəzi zindanının həyətində icra olunub. Dara çəkilənlərin adları da açıqlanıb. Bunlar Əli Kamali, Mahmud Şəhrəki və Davud Qəmbərzehidir.
Bundan əlavə, İranın İsfahan şəhərində də 1 nəfər edam olunub. Narkotik maddələrin qaçaqmalçılığında ittiham olunan Möhsün K. üzərində 530 qram krak maddəsi ilə tutulub və İsfahan İnqilab Məhkəməsinin beşinci şöbəsi tərəfindən edam cəzasına məhkum edilib. Hökm İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra İsfahan mərkəzi həbsxanasının həyətində icra olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31