Əhərli milli fəal oğurlanıb
ETTELAAT İbrahim Nurini naməlum istiqamətə aparıb
18 Yanvar 2013 14:40 GüneyGüney Azərbaycanın Əhər şəhərində yaşayan milli fəal İbrahim Nuri yanvarın 17-də ETTELAAT əməkdaşları tərəfindən tutulub və naməlum istiqamətə aparılıb. Güneyli siyasi fəal Elçin Hatəminin "OLAYLAR"a verdiyi məlumata görə, 21 yaşlı fəal təxminən 10 gün qabaq ETTELAAT-a çağrılmış, amma ora getməkdən imtina etmişdi. Milli fəal 2005-ci ildə təxminən 13 yaşında SEPAH-ın kəşfiyyat orqanı tərəfindən həbs edilib. Daha sonra 2009-cu ildə tutulub, rejimin əleyhinə təbliğat aparmaqda günahlandırılaraq 10 ay azadlıqdan məhrum edilmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31