Marağalı siyasi fəal həbs edilib
14 Yanvar 2013 17:39 GüneyYanvarın 13-də axşam saat 17.30 radələrində Güney Azərbaycanın tanınmış milli fəalı Davud Əzimzadə Marağa şəhərində ki, şəxsi mənzilində ETTELAAT əməkdaşları tərəfindən həbs edilib. Milli Hərəkat fəalı Elçin Hatəminin "OLAYLAR"a verdiyi məlumata görə, məmurlar evi axtardıqdan sonra milli fəalı özləri ilə naməlum istiqamətə ararıblar.
Qeyd edək ki, Davud Əzimzadənin son zamanlarda Marağada İran hakimiyyətinin Ermənistanla bağlı siyasətinə qarşı təşkil olunan etiraz aksıyasında fəallıq etdiyi deyilir.
Əzimzadə 2006-cı ilin may ayında "İran" qəzetində türkləri təhqir edən karikaturaya etiraz etdiyi üçün tutulub və ağır işkəncələrə məruz qalmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31