Yürüş Mehrəlibəylidən xəbər yoxdu
Güneyli fəalın həyatı təhlükədədir
10 Yanvar 2013 16:35 GüneyGüney Azərbaycanda tanınmiş milli mədəni fəal Ayət (Yürüş) Mehrəlibəyli hələ də həbsdədir. Bu barədəd "OLAYLAR"a Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri, Türkiyədə yaşayan siyasi fəal Elçin Hatəmi məlumat verib. Qeyd edək ki, Mehrəlibəyli yanvarın 9-da günorta saatlarında Təbriz yaxınlıqında yerləşən Sofıyan şəhərində ETTELAAT əməkdaşları tərəfindən tutulub və Təbriz təcridxanasında tək adamlıq kameraya salınıb. Milli fəal tutulduğu zaman onun həyat yoldaşı Zəhra (Sona) Fərəczadədə onun yanındaymış. Həyat yoldaşının verdiyi məlumata görə, ETTELAAT məmurları daha öncə onların şəxsi avtomobilini saxlayıb axtarış aparıblar. Hazırda Yürüşün taleyi barədə heç bir məlumat yoxdu. Qardaşına məhkəmədən heç bir məlumat verməyiblər. Qeyd edək ki, Yürüş Mehrəlibəyli indiyə kimi bir neçə dəfə ETTELAAT tərəfindən Azərbaycan türklərinin mədəni haqları uğrunda siyasi mübarizə apardığına görə, tutulub, ağır işgəncələrə məruz qalıb və uzun müddətli həbs cəzasına məhkum edilib. Yürüş Mehrəlibəyli universitet təhsillidir və GAMOH mərkəzi komitəsinin sabiq üzvü olub. GAMOH-dan ayrılmış Yürüş bəy hazırda Yeni Milli Oyanış Hərəkatı adlı təşkilatın İdarə Heyətinin üzvüdü.