Yürüş Mehrəlibəyli həbs edilib

Güney Azərbaycan Milli Oyanış Hərəkatının Mərkəzi Komitəsinin üzvü Yürüş Mehrəlibəyli yenidən molla rejimi tərəfindən həbs edilib. "OLAYLAR"-a daxil olan məlumata görə, Yürüş Mehrəlibəyli dekabrın 9-da şəxsi avtomobili ilə Təbrizdən Sofyan şəhərinə gələrkən İran təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və ETTELAAT-a aparılıb. Milli fəalın həbsi onun ailəsinin gözü qarşısında həyata keçirilib. Belə ki, Yürüş Mehrəlibəyli Sofyana gələrkən onun ailəsi də avtomobildə olub.

Qeyd edək ki, Yürüş Mehrəlibəyli indiyə qədər 10-dəfədən artıq həbs edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31