Güney Azərbaycan İrandan ayrıla bilərmi? - AÇIQLAMA

Hüseyn Türkelli: “Hakimiyyət boşluğu yaranan kimi milli hərəkatımız tarixi ideallarımızı gərçəkləşdirəcək”

Güney Azərbaycanda yaşayan türklərin milli haqqları uğrunda mübarizəsi davam edir. Son günlər Güneyin iri şəhərlərində başlanan anti rejim aksiyaları ciddi nəticələr verə bilər. Siyasi ekspertlər hesab edir ki, növbəti inqilab baş verə və Güney Azərbaycan İrandan ayrıla bilər. Kanadada yaşayan Güney Azərbaycan Milli Hərəkatının fəalı,  tanınmış jurnalist Hüseyn Türkelli "OLAYLAR"a açıqlamasında bildirib ki, Təbriz, Urmiya və digər şəhərlərdə baş verən hadisələr İran rejimini silkələyib. Amma Güneyin azad olması bir sıra amillərdən asılıdır: "Güney Azərbaycanın müstəqilliyə nail ola bilməsi üçün bir neçə faktor bir araya gəlməlidir. Milli hərəkat güclənməli və təşkilatlanmalıdı. Xarici dəstək olmalıdı. Ayrıca, millətimiz ideallarını tam gərçəkləşdirməsi üçün ciddi fürsət gözləməlidir. Güc vakumu- hakimiyyət boşluğu yaranan kimi əlbəttə ki, milli hərəkatımız tarixi ideallarımızı gərçəkləşdirəcək gücünü və hətta təşkilatını ortaya qoyacaq. Xarici dəstəyə gəlincə, təəssüf ki, bu baxımdan hal-hazırda ciddi axsamalar var. Çünki Qərbi türk dövlətlərinin mühasirəsində qalacaq Ermənistanın taleyi narahat edir. Qərbi inandırmaq lazımdır ki, bizim torpaqları işğaldan azad edərsə, Ermənistandan olan azərbaycanlıların öz yurdlarına dönməsinə şərait yaradarsa, Qarabağın və ətraf rayonların işğalına son qoyarsa bizim Ermənistanla hər-hansı mübahisəmiz olmayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31