Azərbaycanın adı ETTELAAT-ın ən fəal olduğu ölkələr arasına düşdü
7 Yanvar 2013 15:06 GüneyABŞ Müdafiə Nazirliyi İranın kəşfiyyat xidməti sayılan ETTELAAT-ın müxtəlif ölkələrdə fəaliyyəti ilə bağlı hesabat yayıb. "Media forum" saytının məlumatına görə, hesabatda deyilir: "30 min işçisi olan ETTELAAT dünyanın ən böyük və fəal xüsusi xidmət orqanlarından biridir. Terror əməliyyatlarını həyata keçirmək və ya onun təşkili, kiber müharibəsi aparmaq İran kəşfiyyatının müxtəlif ölkələrdə ən çox istifadə etdiyi taktikalardan sayılır. ETTELAAT-ın ən çox fəaliyyət apardığı ölkələr Əfqanıstan, İraq, Küveyt, Livan, Orta Asiya ölkələri, Afrika ölkələri, Avstriya, Azərbaycan Respublikası, Xorvatiya, Fransa, Gürcüstan, Almaniya, Türkiyə, Böyük Britaniya, Amerika qitəsi ölkələri, o sıradan da ABŞ-dır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31