İranda ölənlərin sayı 4460 nəfərə çatıb

İranda atmosferdəki çirkin sürətlə artması ölüm hallarının da çoxalmasına səbəb olub.AzərTac-ın  verdiyi xəbərə görə, ölkənin Səhiyyə Nazirliyi bəyan edib ki, bu vaxtadək çirkli hava ucbatından dünyasını dəyişənlərin sayı 4460 nəfərə çatıb. Zəhərli hava əsasən ürək və ağciyər çatışmazlığı yaradır, o cümlədən bu qəbildən olan xəstələrin vəziyyətini daha da ağırlaşdırır.Ən son məlumatlara görə, Tehranda gün ərzində atmosferə azı 6 min 500 ton çirkli tullantı daxil olur. Bu səbəbdən də havanın təmizlənməsi məqsədi ilə növbədənkənar tətillərin elan olunması İran paytaxtında ənənə halını alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31